Marneuli rayonu Şərqi Gürcüstanda, dəniz səviyyəsindən 420 m orta yüksəkliyindəki cənub şərqi Kvemo Katli tarixi əyalətində yerləşir. Bələdiyyə sərqdə Qardabani, şimalda Tetriskaro, qərbdə Bolnisi və cənubda Azərbaycan və Ermənistan ilə həmsərhəddir.
Bələdiyyədə Azərbaycanla sərhəddə Qırmizi körpü, Ermənistanla sərhəddə Sadaxlı kəndində keçid məntəqəsi var.
Bələdiyyənin mərkəzi Tiflisdən 30 km-lik uzaqlıqda yerləşən Marneuli rayonudur.
Bələdiyyənin ümumi ərazisi 9352 m-dir. Buraya 18 ərazi vahidi daxildir, onlardan biri şəhər, digəri isə inzibati rayon və 16 kənd yaşayış yeridir (79 kənd).
Orta hava temperaturu 21,1 C-dir. Ümumi illik çöküntü 400-500 mm edir. Küləyin sürəti 2-4 m /san-dir. Ərazidə dörd çay var:Algeti, Xrami, Debeda və Şulaveri.
Burada bazalt və mərmərlə zəngin mineral mənbələr var. Ağ tuf daşları, yol daşları- çınqıl, metal, qravel.
Bələdiyyənin əhalisi 136000-dir, 48% kişi və 52 %-i qadınlar təşkil edir. Əhalinin 83,1 % Azərbaycanlı, 8% Gürcü, 7.9% Erməni və 0.6% başqa xalqlar təşkil edir.
Marneuli bələdiyyəsinin landşaft unikal ekosistemdir. Ərazinin müxtəlif növləri var: yarımsəhra, qarışıq meşə və dağ rayonlarında qış 7-8 ay davam edir.