One Caucasus haqqında

One Caucasus haqqında

Hər il keçirilən One Caucasus Beynəlxalq Festivalı, disiplinlərarası olmaqla uzunmüddətli sərhəd proqramıdır, hansı ki ilk dəfə 2014-cü ildə Gürcüstanda keçirilmişdir. Tədbir, Ermənistan və Azərbaycan sərhədindəki Marneuli, Kvemo-Kartli bölgəsində keçirilir. Burada siz bizim hekayəmiz və One Caucasus`un kökləri haqqında daha çox məlumat əldə edə bilərsiniz.

Nə zaman?

One Caucasus Festivalı hər il yay ayı ərzində təşkil olunur. Hər il One Caucasus üçün işlərin əsas hissəsi avqustun birinci yarısında -  beynəlxalq könüllülər gəldikdə və müxtəlif tapşırıq qruplarında işə qoşulanda başlayır. COVID-19 dövründə biz One Caucasus 2020 üçün xüsusi çağırış təşkil etdik.

Niyə Kvemo-Kartli?

Qafqaz bir çox münaqişələrdən əziyyət çəkir. Kvemo-Kartli bölgəsi Gürcüstan, Ermənistan, Azərbaycanın sərhəd bölgəsidir və uzun illərdir bir çox etnik və dini qrupların sülh şəraitində yaşadığı bir yer olaraq bilinir. Bu, bir sıra gərginlik və münaqişələrdən əziyyət çəkən Qafqaz üçün olduqca unikaldır. Məqsədimiz, yerli bələdiyyənin dəstəyi ilə bütün Qafqaz bölgəsindən olan gənclərin görüşlərini və əməkdaşlığını təşviq etmək üçün ruhlandırıcı və təhlükəsiz bir məkan yaratmaqdır.

Bu Festivalı xüsusi edən nədir?

One Caucasus Festivalı dünyanın hər yerindən musiqiçiləri, sənətçiləri, memarları, müəllimləri və könüllüləri bir araya gətirir.

 Bu, gələcək nəslin festivalıdır:

  • Qafqazdan və digər ölkələrdən olan peşəkar musiqiçilər tərəfindən yaradılan ortaq beynəlxalq musiqi layihələri,
  • Memarlar, könüllülər və yerli tərəfdaşlar tərəfindən hazırlanmış və müxtəlif disiplinlərarası fəaliyyət proqramı olan çoxfunksiyalı One Caucasus şəhərciyi;
  • görkəmli müasir sənətkarları yerli kəndlərin həyat kontekstinə gətirən vizual sənət proqramı.

Festival kənarında olan həyatda da dəyişikliklər etmək:

  • Qafqazda ilk dəfə yerli büdcənin xərclənməsinə qərar verən insanlarla birgə iştirakçı büdcəsinin yaradılmasına dəstək vermək.
  • Festival bəzi infrastrukturların inkişafına, o cümlədən Tserakviyə (One Caucasus`un ilk evi) gedən yolun təmirinə səbəb oldu - indi Tserakvi, Sioni, Ahkula, Şaumiani kimi kəndlərdən Marneuliyə, Tiflis və ya Ermənistan və Azərbaycanın sərhədlərinə 5-10 dəqiqədən də az müddətdə çatmaq mümkündür.
  • Marneuli, Kvemo-Kartli kəndləri üçün bütün illik qeyri-rəsmi təhsil proqramı keçirmək.

İnsanlar üçün insanlar tərəfindən hazırlanan festival:

  • Festivalı birlikdə yaratmaq üçün beynəlxalq könüllü proqramı təklif edir,
  • Təhsil proqramımız çərçivəsində Kvemo-Kartli kəndlərindən olan gənclərin hazırladığı sənət layihələrini (filmlər, qurğular və s.) təqdim edir.
  • Festivala pulsuz giriş, pulsuz nəqliyyat (Tbilisi / məkan / Tbilisi) və pulsuz yaşayış zonası var.

 

 

 

                                                                                   Unikal One Caucasus təcrübəsi üçün bizə qoşulun!


One Caucasus 2014-2019- cu illər ərzində nömrələrlə:

  • 36 ölkədən 300-dən çox könüllü One Caucasus Beynəlxalq Könüllülər Proqramına qoşularaq One Caucasus Festivalı və Təhsil Proqramı yaratmaq üçün bir çox beynəlxalq vəzifə qruplarında çalışmaq üçün gəldi.
  • Ən azı 17 ölkədən 431 musiqiçi (fərdi musiqiçilər və 63 qruplar və kollektivlər) birlikdə 32 yeni beynəlxalq musiqi layihəsi hazırladı və @One Caucasus Festivalında çıxış etdilər. (Ermənistan, Azərbaycan, Əlcəzair, Barbados, Fransa, Gürcüstan, Almaniya, İran, Yamayka, Yeni Zelandiya, Nigeriya, Polşa, Şotlandiya, Seneqal, Böyük Britaniya, Ukrayna, ABŞ və daha çox)
  • 71 müxtəlif seminar 33 ölkədən (4 qitə) gələn mentorlar, Kvemo-Kartli bölgəsinin 23 kənd və şəhərindən (erməni, azərbaycanlı, gürcü, yunan və erməni-azərbaycanlı) olan 1020 nəfərdən çox insan (xüsusilə uşaqlar və gənclər) üçün layihə rəhbərliyi etmişdir
  • Ermənistan, Azərbaycan, Gürcüstan, Polşa və Tunis memarları və tələbələri birlikdə (digər könüllülərlə birlikdə) hər il bənzərsiz One Caucasus şəhərini “Xəyallarımızın Qeyri-Mükəmməl Şəhəri” adlandırdılar (6 buraxılış). Hər il istifadə olunan materiallar saxlanılır və gələn il qəsəbənin qurulması üçün istifadə olunur.
  • One Caucasus Festivalında təqribən 10 000 nəfər iştirak etdi.

 

OneCaucasus Sponsors